Arxiv
20 Fevral 2014, 12:21 | MÜSAHİBƏ
Deputat Aytən Mustafayeva: “Uzun saqqallı kişilər, üzü bağlı qadınlar cəmiyyətə böyük bəladır” - MÜSAHİBƏ

“Bizim məmurların bilik səviyyəsi aşağıdır”

Modern.az saytına “Pəncərə”layihəsinin budəfəki qonağı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevadir.

- Aytən xanım, İnsan Hüquqları İnstitutunun fəaliyyət istiqamətləri necə qurulub?

- İnsan Hüquqları İnstitutunun yaradılmasının məqsədi Azərbaycan qanunvericiliyini cəmiyyətin yavaş-yavaş Avropa məkanına keçməsi üçün hazırlamaq, Avropa məkanına Azərbaycanın daxil olması üçün tədbirlər görməkdir. İnstitut 1998-ci ildə rəhmətlik professor Rövşən Mustafayevin təşəbbüsü, ulu öndər Heydər Əliyevin sərəncamı ilə fəaliyyətə başlayıb. Heydər Əliyev uzaqgörən bir siyasətçi kimi Rövşən Mustafayevin belə bir institut yaratmaq təklifinə razılıq vermişdi.

- İnsan hüquqlarının müdafiəsi ilə birbaşa məşğul olan Ombudsman Aparatı da var. İnstitutda və bu aparatda insan hüquqları ilə bağlı məsələlər necə tənzimlənir?

- Doğru qeyd etdiniz. Biz institut 7 ombudsmanın yaradılması haqqında layihə təklif etdik. Müzakirələrdən sonra bunlardan biri seçilib Milli Məclisə təqdim olundu. Təklifimiz az dəyişikliklərlə qəbul olundu və Ombudsman təsisatı yaradıldı. Bu, Azərbaycan üçün çox vacib idi. Məhz, Ombudsman Aparatı İnsan Hüquqları İnstitutunun layihəsi idi. Bizim üçün prioritet məsələ Dağlıq Qarabağ konfliktidir. İnsan hüquqlarından söz düşəndə Azərbaycanda 1 milyon insanın pozulmuş hüququndan danışmamaq mümkün deyil. Bəzən deyirlər ki, insan hüquqları nəyə görə beynəlxalq münasibətlərlə məşğuldur? Axı, biz beynəlxalq münasibətlərsiz, beynəlxalq hüquqsuz özümüzü necə qoruyaq?! Burda vətəndaşların hüquqlarından söhbət gedir. Təbii ki, bunların hamısı İnsan Hüquqları İnstitutunun fəaliyyətinin çərçivəsindədir. Son zamanlar insanların hüquqlarının pozulması ilə bağlı bizə edilən müraciətlər azalıb. Çünki Ombudsman Aparatı var. Son vaxtlar daha çox millət vəkili kimi mənə müraciətlər edirlər. Qeyd edim ki, vətəndaşların insan hüquqları haqqında biliyi də çoxalıb. Bəzən avropalılar bizə ikili münasibət göstərir. Olmayan problemləri qaldırıb şişirdirlər. Ona görə İnsan Hüquqları İnstitutnun nümayəndəsi olaraq məsuliyyətlə demək istəyirəm ki, insan hüquqlarının da xətti var. Mənim hüquqlarım sizin hüquqlarınız orda başlayan yerdə bitir. Bu, normaldır. Son 5 ildə İnsan Hüquqları İnstitutu bir neçə istiqamətdə işlər görür. Birincisi, institut tərəfindən Azərbaycan üçün yeni elmi istiqamət inkişaf edir ki, bu da tibbi hüquq və bioetikadır. Bu, Azərbaycan üçün tam yeni elmdir. Amma bu elm dünayada 50 ildir inkişaf edir. Təəssüf ki, biz bu qədər geri qalmışıq. Bioetika o deməkdir ki, elmin inkişafı insana zərər verməyə başlayarsa, o zaman insanı qorumaq lazımdır. Məsələn, əvvəlcə atom fizikası inkişaf etdi, sonra atom bombası hazırlandı. Genetikanın inkişafı yaxşıdır, amma sonra genetikanın klonlaşdırılması nəticəsində genetik məhsullar çoxaldı. Elmin inkişafı təhlükə yaradırsa, deməli insanları qorumaq lazımdır. Bunu cəmiyyət və hüquq tənzimləməlidir.


- Bəs, Milli Məclisdə qəbul edilən qanunların işləməməsinin səbəbi nədir?

- Tibbi hüquqdan başlayaq. Tibbi hüquq bizim səhiyyə sistemi ilə bağlı olan hüquqlarımızdır. O da bizdə yoxdur. 1998-ci ildə Azərbaycanda transplantasiya haqqında qanun qəbul olunub. Amma bu qanun işləmir, onun normativləri yoxdur. Bütün dünyada qəbul olunmuş bir məsələ var, transplantasiya zamanı orqanlar beyin ölümü keçirən insandan götürülməlidir. Yəni, insan yol qəzasında dünyasını dəyişibsə, onun yaxınlarından orqanlarından istifadəyə icazə alınmalıdır. Təəssüf ki, bizdə bu mədəniyyət yoxdu. Bizdə beyin ölümünün ekspertizası aparılmır. Hamımız bilirik ki, Azərbaycanda insan orqanlarının qanunsuz alveri gedir. Bizim cəmiyyətdə sağlam insanın orqanından istifadə olunur. Ancaq son anda bu varianta əl atmaq lazımdır. Təbliğat yanlış aparılır, o qənaətə gəlinir ki, guya ancaq transplantasiya üçün lazım olan orqan sağlam insandan götürülməlidir. Bu sahədə insanlar arasında təbliğat aparılmalıdır. Türkiyədə buna “bağışlama” deyirlər. Bağışlama o deməkdir k,i mənə nəsə olsa orqanlarımı bağışlayıram. Bunun təbliğatı aparılmalıdır. Bu, humanizm təbliğatıdır. İkinci məsələ rekroduktiv sağlamlıqdır, o da tibbi hüquqa aiddir. “Sosial xidmət haqqında” qanun qəbul edildi. Biz o qanuna “poliativ yardım” məsələsini saldıq. Poliativ yardım o deməkdir ki, yatağa bağlı insanları, ağır xəstələri evə köçürürlər və bu cür xəstələrə həkim heyəti evdə gəlib qulluq edir. Təəssüflər olsun ki, bu qanun hələ də işləmir. Biz qanunları qəbul edirik, amma işləmirlər. Çünki bizim hətta məmurların da bilik səviyyəsi aşağıdır.

Biz dəfələrlə sosial reklamla bağlı məsələ qaldırmışıq. Ancaq indiyədək Azərbaycanda “Sosial reklam haqqında” qanun yoxdur. Sosial reklam təbliğat vasitəsidir. Bu, sırf reklam deyil, mənəvi cəhətdən tərbiyədir. Bu, mənim alim kimi təklifimdir, məmurlar qəbul etməlidir. Elə başa düşürlər ki, guya mən bunu özüm üçün edirəm. Bu mənə nə verir? Xorvatiyadan tutmuş Amerikaya qədər hər yerdə bioetika var. Niyə Azərbaycanda yoxdur? Keçən il vaksindən bir uşaq öldü. Halbuki uşağın valideyninə məlumat verib razılıq alındıqdan sonra bu vaksin vurulmalıdır. Razılıq alınmadan vaksinin vurulması məsuliyyət deməkdir. “Pasiyentin hüquqları haqqında” qanun qəbul edilsə də, işləmir. Çünki tibbi sığortamız yoxdur. Bu, çox böyük problemdir.

- Son vaxtlar Suriyaya könüllü döyüşməyə gedən azərbaycanlılar haqqında xoşagəlməz xəbərlər alırıq. Onların dini təsir altına düşdükləri iddia olunur. Bu da insan hüquqlarının pozulmasıdır. Azərbaycanda kobud şəkildə insan hüquqlarının pozulmaması üçün dini istiqamətlər necə müəyyənləşməlidir?

- Bu da çox böyük bəladır. Din hər bir insanın mənəviyyatıdır. Təəssüf ki, bizdə dini insanların beyninə hipnoz vasitəsilə yeridirlər və insanlar 180 dərəcə dəyişir. Bir dəfə yanıma bir ailə gəlmişdi. Qadın deyirdi ki, oğlunun ailəsi dağılır. Səbəb isə gəlininin hansısa sektanın üzvü olması idi. “Yeqovo şahidləri”nin ofisi Gürcüstandadır. Dini kitabları çantalarda Gürcüstandan gətirirdilər. Çantaları heç kim yoxlamadığından, o kitablar azərbaycanlı ailələrə pulsuz paylanılır. Bu yolla insanları ələ alırlar. Vəhhabilər bu gün cəmiyyətimizdə çox böyük problem yaradır. Əslində, bu normal dini cərəyandır. Müasir vəhhabilik aqressiv, destruktiv təriqət rolunda çıxış edir. Artıq vəhhabi deyəndə qatı terrorçu gözümüzün önünə gəlir. Zombiləşmiş insanlar, yəni qısa şalvarlı, uzun saqqallı, üzü bağlı qadınlar çoxaldıqca cəmiyyət daha böyük bəlalarla üz-üzə qalacaq. Bu tipli insanlar hər kəsdən üz çevirir. Bu, din deyil axı. Mənəviyyatını qoru, namazını qıl, borcunu yerinə yetir. Bu, səninlə Allah arasında olan münasibətdir. Təəssüflər olsun ki, dinin bu cür yayılması bizə şimaldan gəlir. Onların himayədarları isə Ərəbistandadır. Bunlardan qorunmaq üçün bizim təhlükəsizliyimiz güclü olmalıdır. Respublikanın yarısı bu cür insan olandan sonra tədbir görmək gecdir. Öncədən tədbirlər görülməlidir. Mən sizinlə danışmaqla məsələni həll edə bilmərəm. Konfransları keçirərkən çalışıram ki, məmurları, alimləri ayıldım. Bu barədə təkbaşına heç nə edə bilmərəm. Cəmiyyət bütövlükdə ayağa qalxmalıdır. Azərbaycan həmişə sivil ölkə olub. Bizdə dinə qarşı ziddiyyət də olub. Bir tərəfdən deyirik ki, biz müsəlmanıq, İslam dəyərlərinə sadiqiq. Digər tərəfdən də İslama zidd olan pirlərə gedirik. Pirlərə getmək isə müqəddəs “Quran”a, islamçılığa ziddir. Genetik yaddaş var, o artıq içimizə hopub. Onu deyə bilərəm ki, bizim dini təhsilimizdə, mənəviyyatımızda, maarifləndirmədə boşluq var. Bu səbəbdən də KİV-nin üzərinə çox böyük məsuliyyət düşür. Televiziyalarımızda elə-belə verilişləri aparmaq, serialları tərcümə etmək asandır. Niyə görə bizim serial bazarımızda bir nümunə kimi qəhrəmanımızın, şəhid olmuş əsgərimizin obrazı yoxdur? Sovet dövründə bir filmin içində kiçik bir qəhrəmanın obrazının hamımız pərəstişkarı idik. Serial çəkilişlərinin əleyhinə deyiləm. Sadəcə, o serilların içində qəhrəmanlarımızın da obrazı olmalıdır. Azərbaycanlı olaraq bizim uşaqlarımız oynayanda niyə özünün qəhrəmanı olmasın? Bu gün cizgi filmlərimiz sahəsində də boşluq var. Bütün azərbaycanlı uşaqları Maşa Medvedə baxır. Bu da olsun. Amma özümüzün də cizgi filmi olmalıdır. Bizim qadınlar mənasız türk seriallarına böyük sevgilə baxır. Xarici serialların tərcüməsinə bu qədər pul tökmək əvəzinə ideoloji baxımdan lazımlı film çəkmək lazımdır. Bir filmdə dinlə bağlı problemi açıb ailə faciəsini göstərmək olar.


- Pirlərdən danışdınız. Səmimi cavab verməyinizi xahiş edirəm: Nə vaxtsa pirlərə getmisiz
?

- Namaz qılmıram, amma “Quran”ı oxuyuram. Son illər artıq pirlərə də getmirəm. Əvvəllər getmişəm. Niyə getdiyimizi danmalıyıq ki?! Əslində, hamımız getmişik. Uşaq olanda nənəmlə Mir Mövsüm ağanın ziyarətinə getmişəm. Ulu babam şamaxılıdır. 1905-1907-ci illər erməni-Azərbaycan qırğınından sonra ulu babam Bakıya köçüb. Ulu babamın qardaşını ermənilər  öldürüb. Şamaxı haqqında bir kitab nəşr etməyə hazırlaşırıq. Həmin kitabda bizim ailəmizin erməni qırğınından sonra dağıdılmış evi haqqında da məlumat var.

- Sizdən yenə səmimi cavab gözləyirəm. Milli Məclisin plenar iclaslarında bəzi sahələrlə bağlı müzakirələrdə aktiv iştirak etmirsiniz. Bunun səbəbi nədir?

- Səmimi deyirəm, mən düyməni basanda həmişə siyahının sonuna düşürəm. Görünür, hələ də düyməni basmağı öyrənməmişəm (gülür). İkincisi, mən hüquqşünaslarıma tapşırıram və hər hansı məsələ ilə bağlı düzəlişlər edib komitələrə verirəm. Konkret olaraq praktik məsələlərdə iştirak edirəm. Məsələn, GMO ilə bağlı nə qədər təkliflər vermişik. Təəssüflər olsun ki, uşaq qidalarından tutmuş, meyvə-tərəvəzə qədər hamısının tərkibi geni dəyişdirilmiş məhsullardır. Bizim ölkəyə gələn məhsulların üzərində yazı olmalı və analizdən keçməlidir. Digər məsələ Azərbaycana GMO toxumlarının gətirilməsidir. GMO məhsullar ona görə sərfəli hesab olunur ki, bu tipli məhsullara həşəratlar yaxın durmur, xəstəliyə tutulmurlar. Quba alması əyri-üyrü olsa da, ləzzətlidir. Eyni zamanda, bu işbazlar üçün daha sərfəlidir. Çünki bu tipli məhsullar tez sıradan çıxmır. Tədqiqatlar göstərir ki, allergiyaların çoxalması, immunitetin aşağı düşməsi, viruslara qarşı davamsızlıq GMO tərkibli məhsulların çoxalması sayəsində yaranır. Ən böyük problem isə sonsuzluqdur. Bu, Azərbaycan cəmiyyəti üçün böyük bəladır. İkincisi, qadın genlərinin çoxalmasıdır. Oğlan doğulsa da, qadın genini daşıyır. Ən təhlükəlisi isə odur ki, GMO məhsullar əkilən torpaqda sonradan normal məhsulun yetişdirilməsi problemidir. Ona görə də yenə gedib GMO məhsullarının toxumunu almaq lazım gəlir. Bu o deməkdir ki, sən narkoman kimi asılı həmin məhsulları aldığın dövlətdən asılı olursan.


- Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

- Bütün məsələləri təkbaşına həll etmək olmaz. Biz İnsan Hüquqları İnstitutu olaraq bir çox məsələlərə müdaxilə edirik. Biz yalnız çağırış edə bilərik, problemləri qaldıra bilərik. Amma bu işlərin sonunda məmurlar bizə qoşulub nəsə etməlidirlər, ya yox?! Artıq prezident İlham Əliyev də GMO ilə bağlı ciddi narahatlığını bəyan edib. Düşünürəm ki, bu problemin həlli üçün məmurlar ciddi addımlar atacaqlar.

- Rəhmətlik həyat yoldaşınız Rövşən Mustafayev də böyük alim olub. Bu institut birbaşa onun ideyası əsasında qurulub. İnsan Hüquqları İnstitutu bu günə qədər hansı mərhələlərdən keçib?

- Bu institut çox böyük çətinliklə qurulub. İnstitutun ilk direktoru Rövşən müəllim olub. Rövşən Musatafayev çox istedadlı və savadlı insan idi. Ona həm ailədə, həm də işdə “generator” deyirdik. Həmişə orijinal ideyaları olurdu. Öncə bizdə Azərbaycan Dövlət Quruculuğu Beynəlxalq Münasibətlər İnstitutu idi. Bu, əslində bizim şəxsi institutumuz idi. 1992-ci ildə Azərbaycanda siyasi gərginlik hökm sürürdü. Rövşən müəllim də, atası Fuad Mustafayev də çox narahatlıq keçirirdilər. Fuad Mustafayev çox tanınmış jurnalist olub. Alimlərimizin ölkədən çıxıb getməsi bizim ailədə həmişə müzakirə edilirdi. Beyin axınını müşahidə edirdik. O vaxtlar Rövşən müəllimin də normal işi yox idi, kitablar yazırdı. Bir gün belə bir institut yaratmaq istədiyini dedi. Bundan sonra o institutu yaratdı. O vaxt Rövşən müəllim nəşriyyatda 7-ci mərtəbədə bir yer götürdü. Özü isə “Bakinski raboçi” qəzetində işləyirdi. İnanmazsınız, prokurordan tutmuş BMT-nin nümayəndəsinə qədər, hamı Rövşənin yanına gəlirdi. O, insanları savadıyla özünə cəlb edə bilirdi. 1993-cü ildə həmin institut “Dirçəliş” jurnalı nəşr etməyə başladı və bu Heydər Əliyevin diqqətindən yayınmadı. Sonradan jurnalın nəşrinə Heydər Əliyev çox böyük dəstək verdi. Bu gün də “Dirçəliş” jurnalı iki aydan bir çıxır. Rövşən müəllim yaradıcılığa jurnalist kimi başlasa da, sonradan alim kimi siyasi elmlər doktoru oldu.

- Rövşən müəllim, ailədə necə bir insan idi?

- Rövən müəllim ailədə çox şən insan olub. 1997-ci ildə Rusiya ilə münasibətlər soyuq idi. Həmin il Rövşən müəllim Heydər Əliyev haqqında bir kitab yazdı. Hətta atası rəhmətlik Faiq Mustafayevlə Heydər Əliyevin xatirələrini də o kitaba saldı. Kitab Sankt-Peterburqda çıxdı. Biz isə kitabın Bakıda çap olunacağını gözləyirdik. Bir gün Rövşən evə gəlib dedi ki, “Sankt-Peterburqa bilet almışam, saat 3-də gedirik”. Uşaqlar da çox kiçik idi. Tez uşaqlarla yığışıb Sankt-Peterburqa getdik. Biz ailəliklə İçərişəhərdə çox gəzirdik. Çünki Rövşən müəllim İçərişəhərdə böyümüşdü. Yayda tez-tez rayonlarımıza gedirdik. Maraqlı istirahətimiz olurdu. Təəssüf ki, biz 20 il bir yerdə olduq. Həyat yoldaşımla evliliyimizin 20-ci ildönümünü xəstəxanada keçirtdik. Elə həmin gün də Rövşən müəllim rəhmətə getdi. Rövşənin bütün fikirləri, düşüncələri hamısı içimdədir.

- Neçə övladınız var?

- İki oğlum var. Böyüyü 24, kiçiyi 19 yaşındadır. Böyük oğlum evlidir. Kiçik oğlum İngiltərədə memarlıq üzrə təhsil alır. Böyük oğlum isə Dubayda magistraturanı bitirib. Hazırda doktorluq işini yazır.

- Gərgin iş rejiminiz var. İstirahətə vaxt ayıra bilirsiz?

- Düzü, işimlə əlaqədar çox yoruluram. Rəfiqələrimlə oturub söhbət etməyi çox sevirəm. İnanmayacaqsınız, bir dəfə oğlumun yanına yeni ildə bir günlük getdim. Səhər tez qayıdıb bura gəldim. Gedib hardasa sanatoriyada istirahət edim, bu mənlik deyil. Bəzən elə olur ki, başım dəhşət ağrıyır. İşə gələndə deyirlər: “Aytən xanım nə yaxşısız”. Halbuki, başımın ağrısına dözə bilmirəm. Ola bilsin ki, görünüşcə yüksək əhval-ruhiyyəliyəm.

- Gələn il növbəti parlament seçkiləri keçiriləcək. Yenidən namizədliyinizi irəli sürmək fikriniz var?

- Hələ bilmirəm. Həyat göstərər...

- Bəs, seçicilərlə tez-tez görüşə bilirsiniz? 

- Seçicilərlə daimi görüşürəm. Bir problem olan kimi çalışıram həll edim. Demirəm ki, seçicilərlə geniş auditoriyada görüşürəm. Ən azından problemi olanlar müraciət edəndə köməklik göstərirəm. Hətta işlə bağlı da müraciətlər olur. Bəzən elələri olur ki, onları hansısa işə düzəldirəm. Onda da deyirlər ki, əmək haqqı azdır. Evi olmayan bir əlil var idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Lakin həmin əlil dedi ki, ev uzaqdır, istəmirəm. Təəssüf ki, belə məsələlərlə də qarşılaşırıq.

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda koronavirusa yoluxmalar azalmaq bilmir 25 May 2020, 14:14 Şamaxıda kran aşdı - Xəsarət alanlar var 25 May 2020, 14:06 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi 25 May 2020, 13:59 “Ermənistan həqiqəti başa düşərsə, ədalətli sülhə yaxınlaşacağıq” 25 May 2020, 13:49 İlham Əliyev Zurabişviliyə məktub göndərdi 25 May 2020, 13:34 Şamaxının icra başçısı karantinə alındı 25 May 2020, 13:20 Sabahın HAVA PROQNOZU - Külək, yağış, dolu... 25 May 2020, 13:12 Türkiyədə terror aktının qarşısı alındı 25 May 2020, 13:06 Bakıda silahlı narkotacir SAXLANILDI   25 May 2020, 12:57 Gəncədə avtoxuliqan həbs edildi - FOTO 25 May 2020, 12:50 Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötdü 25 May 2020, 12:40 Karantini pozan “Kəlbəcər” restoranında 32 nəfər saxlanıldı - FOTO 25 May 2020, 12:30 Mingəçevirdəki qəza ilə bağlı cinayət işi başlandı 25 May 2020, 12:23 Şəkidə “Xaş-xaş” əməliyyatı - 1 ton narkotik məhv edildi 25 May 2020, 12:15 Ordumuzun təlimləri başa çatdı 25 May 2020, 12:06 AZAL uçuşları nə zaman bərpa edəcək? 25 May 2020, 12:00 Ermənistanda ŞOK - Bir gündə 452 nəfər koronavirusa yoluxdu 25 May 2020, 11:46 “İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39 Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı 25 May 2020, 11:30 “Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar” 25 May 2020, 11:29 İt dişləyən kişi quduzluqdan öldü 25 May 2020, 11:19 “Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir” - Səməd Tomuyev 25 May 2020, 11:15 Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52 Qazaxıstan bütün hava limanlarını açır 25 May 2020, 09:47 Cəbhədə silhalar susmur - Rayonlarımız atəşə tutuldu 25 May 2020, 09:31