Modern.az

Bu ölkəyə təqaüd proqramı açıqlandı

Bu ölkəyə təqaüd proqramı açıqlandı

Təhsil

28 Aprel 2026, 14:14

Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edilir.

Bu barədə Modern.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) məlumat verilib.

Bildirilib ki, təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.

Proqram çərçivəsində Azərbaycan vətəndaşlarına Qazaxıstanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradılır.

Təqaüd proqramına müraciət üçün son tarix 22 may 2026-cı il müəyyən edilib.

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz:

//htp.edu.az/.../eec76e77c4ef49fc99be6142a457f6c4.pdf

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!