Arxiv
3 Yanvar 2015, 09:40 | TƏHSİL
Dövlət rəhbərliyi Siyavuş Qarayevin ölümü ilə bağlı nekroloq yayıb

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev yanvarın 1-də dünyasını dəyişib. Dövlət rəhbərliyi Siyavuş Qarayevin ölümü ilə bağlı nekroloq yayıb. Nekroloqda bildirilir:

Azərbaycanın təhsil və elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Fərhad oğlu Qarayev 2015-ci il yanvarın 2-də ömrünün 73-cü ilində vəfat edib.

Siyavuş Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunun Qarağaclı kəndində anadan olmuşdur. Gəncə şəhərindəki 24 saylı orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kimya ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1964-cü ildən etibarən keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda başlayan Siyavuş Qarayev 1966–1967-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləmişdir. O, 1967–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında oxumuş, 1970–1982-ci illərdə isə həmin institutda kiçik elmi işçi, baş elmi işçi, bölmə rəhbəri və dosent vəzifələrini tutmuşdur. Siyavuş Qarayev 1982-ci ildən indiki Neft Akademiyasında üzvi kimya kafedrasına rəhbərlik etmiş, 1988–1997-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı olmuşdur. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsində çalışmışdır.

Siyavuş Qarayev 1970-ci ildə namizədlik, 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1984-cü ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Eyni zamanda o, bir sıra xarici universitetlərin və akademiyaların fəxri doktoru, professoru və üzvü idi.

Akademik Siyavuş Qarayev üzvi kimyaya dair fundamental tədqiqatları ilə tanınırdı. Alimin zərif üzvi sintez sahəsində araşdırmalarının nəticəsi olaraq alınmış yeni maddələr neft sənayesində, təbabətdə dərman preparatlarının alınma üsullarının işlənib hazırlanmasında və kənd təsərrüfatında bitkilərin stimulyatorlarının yaradılmasında tətbiq edilmişdir. Üzvi kimyanın müasir istiqamətləri üzrə bir neçə yeni qanunauyğunluğun aşkara çıxarılması onun adı ilə bilavasitə bağlıdır.

Ömrünü neft kimyası sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına həsr etmiş Siyavuş Qarayev 500-ə yaxın elmi əsərin, həmçinin 5 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 60-dan çox patent və 27 müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda çap olunmuş əsərləri, eləcə də elmi simpozium və konfranslarda çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Siyavuş Qarayev elmi kadrların yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi altında onlarla gənc alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Siyavuş Qarayevin elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə dəyərləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış kimyaçı alim və pedaqoq, səmimi insan Siyavuş Fərhad oğlu Qarayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Mikayıl Cabbarov

Akif Əlizadə

Tofiq Nağıyev

Dilqəm Tağıyev

Məhərrəm Məmmədyarov

Kamil Sadıqov

Musa Rüstəmov

Nadir Seyidov

Vaqif Fərzəliyev

Vaqif Abbasov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək   11 Aprel 2021, 14:02 Türkiyə İtaliyadan vertolyot alışını dayandırdı 11 Aprel 2021, 13:55 Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlara Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33