Ötən il məktəbi əla qiymətlərlə başa vuran 513 məzun qəbul imtahanlarında 0-200 bal aralığında nəticə göstərib.
Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.
Məlumata əsasən, əlaçı kimi məzun olanlardan 481 nəfər qəbul imtahanında 100-200 bal, 32 nəfər isə 0-100 bal toplayıb.
Statistikada diqqətçəkən digər məqam isə attestat göstəricisi ilə qəbul imtahanı nəticəsi arasındakı fərqlə bağlıdır. Belə ki, orta attestat balı “3” olan bir məzun qəbul imtahanında 500-700 bal aralığında nəticə əldə edib.
DİM-in məlumatı məktəb qiymətləri ilə qəbul imtahanlarının nəticələri arasında bəzi hallarda ciddi fərqlərin olduğunu bir daha ortaya qoyur.