Modern.az

Yüksək və aşağı nəticələri olan universitetlər - DİM AÇIQLADI 

Yüksək və aşağı nəticələri olan universitetlər - DİM AÇIQLADI 

Təhsil

19 İyun 2026, 18:27

Magistraturaya qəbul imtahanının nəticələri əsasında məzunları ən yüksək və ən zəif nəticə göstərən təhsil müəssisələrinin adı açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc edilən 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.

Hesabata əsasən, ən yüksək nəticəni Bakı Ali Neft Məktəbinin, ən zəif nəticəni isə Azərbaycan Milli Konservatoriyası və Bakı Xoreoqrafiya Akademiyasının məzunları göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi