Arxiv
11 Oktyabr 2009, 13:54 | TƏHSİL
Rəsmi Bakıdan Türkiyə-Ermənistan razılaşmasına etiraz

Azərbaycan Respublikasının Xarici Işlər Nazirliyi Türkiyə və Ermənistan arasında imzalanmış protokollarla baglı bəyanat verib.
Bəyanatda deyilir: «Məsələ ilə baglı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Türkiyə 1993-cü ildə Ermənistanla sərhədlərini Ermənistan tərəfindən Azərbaycan torpaqlarinin işğalına və Azərbaycana qarşı həyata keçirilən təcavüzə etiraz əlaməti olaraq baglayıb. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizlənməyə məruz qalmış 1 milyona yaxın Azərbaycan vətəndaşları öz doğma torpaqlarindan qaçqın və məcburi köçkün düşüb və işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsi məhv edilib. Bu müddət ərzində BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, ATƏT, AŞPA, IKT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Ermənistanın təcavüzkar siyasətini pisləyən, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qətnamələrə və sənədlərə Ermənistan məhəl qoymayıb və bu təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində heç bir irəliləyis əldə olunmayıb. 
Azərbaycan tərəfi məsələ ilə bagli Türkiyə Respublikasnın yüksək rəsmilərinin, həmçinin Baş nazir cənab Rəcəb Tayyib Ərdoganın çoxsaylı açıqlamalarına, xüsusilə də onun 14 may 2009-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisində “Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra baglayıb. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadiğı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz”, habelə 17 sentyabr 2009-cu il tarixində Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsində “Azərbaycan-Ermənistan arasındakı sıxıntılar açılmadığı müddətdə biz qapıları aça bilmərik… Bu problemi həll etmədən bizim o addımı atmağımız mümkün deyil” kimi səsləndirdiyi fikirlərə əsaslanır.
Dəfələrlə qeyd etdiyimiz kimi hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur. Lakin Ermənistan qosunları Azərbaycanın işğal olunmus torpaqlarından çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salir. Regionda bütün sərhədlərin və kommunikasiyalarn açılmasının vacibliyini nəzərə alaraq, Azərbaycan hesab edir ki, birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açilmasi regional sülh və təhlükəsizlik arxitekturasıni sual altina qoyacaq».

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var - İsa Həbibbəyli 25 May 2020, 16:31 İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq 25 May 2020, 16:23 “Türk Şurası əlaqələrimizin inkişafına təkan verəcək” - Macarıstan Prezidenti 25 May 2020, 16:17 “Şollerin arxivi” filimi ABŞ-da Qranta laiq görüldü 25 May 2020, 16:15 Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 25 May 2020, 16:06 Prezident Şamaxıya getdi - FOTO 25 May 2020, 16:02 Beynəlxalq Türk Akademiyası - 10 25 May 2020, 15:59 Şamaxı İcra Hakimiyyətindən koronavirus AÇIQLAMASI 25 May 2020, 15:56 Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri 25 May 2020, 15:47 Bu ölkədə 2 mindən çox hamilə koronavirusa yoluxub 25 May 2020, 15:39 İcra başçısının müavini koronavirusa yoluxdu 25 May 2020, 15:26 Şamaxıda kran aşdı - Ölən var - YENİLƏNİB 25 May 2020, 15:25 Dövlət başçıları İlham Əliyevi təbrik etdilər 25 May 2020, 15:17 “Qardaş xalqlarımız arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək” - Berdiməhəmmədov 25 May 2020, 15:09 Sabahın TELEDƏRSİ 25 May 2020, 14:59 “Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması 25 May 2020, 14:45 Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik” 25 May 2020, 14:34 Biləsuvarda narkotacirlər saxlanıldı - FOTO 25 May 2020, 14:29 İranda koronavirusa yoluxmalar azalmaq bilmir 25 May 2020, 14:14 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi 25 May 2020, 13:59 “Ermənistan həqiqəti başa düşərsə, ədalətli sülhə yaxınlaşacağıq” 25 May 2020, 13:49 İlham Əliyev Zurabişviliyə məktub göndərdi 25 May 2020, 13:34 Şamaxının icra başçısı karantinə alındı 25 May 2020, 13:20 Sabahın HAVA PROQNOZU - Külək, yağış, dolu... 25 May 2020, 13:12 Türkiyədə terror aktının qarşısı alındı 25 May 2020, 13:06 Bakıda silahlı narkotacir SAXLANILDI   25 May 2020, 12:57 Gəncədə avtoxuliqan həbs edildi - FOTO 25 May 2020, 12:50 Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötdü 25 May 2020, 12:40 Karantini pozan “Kəlbəcər” restoranında 32 nəfər saxlanıldı - FOTO 25 May 2020, 12:30 Mingəçevirdə 13 nəfəri vuran qadına cinayət işi açıldı 25 May 2020, 12:23 Şəkidə “Xaş-xaş” əməliyyatı - 1 ton narkotik məhv edildi 25 May 2020, 12:15 Ordumuzun təlimləri başa çatdı 25 May 2020, 12:06 AZAL uçuşları nə zaman bərpa edəcək? 25 May 2020, 12:00 Ermənistanda ŞOK - Bir gündə 452 nəfər koronavirusa yoluxdu 25 May 2020, 11:46 “İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39