Modern.az

Daha 11 jurnalist deputat olmaq istəyir

Daha 11 jurnalist deputat olmaq istəyir

23 Sentyabr 2010, 17:34

Parlament seçkilərində öz gücünü sınamaq istəyən media mənsublarının sayı getdikcə artır

Modern.az  MSK-nın mətbuat xidmətinə istinadən bildirir ki, DSK-lardan daha 11 nəfər jurnalist seçki marafonuna qoşulub.

2 saylı Şərur seçki dairəsindən “Demokratik Müsavat” qəzetinin baş redaktoru Səxavət Əliyev  imza vərəqəsi götürüb. O, “AXCP-Müsavat” bloku tərəfindən müdafiə olunur.

9 saylı Binəqədi ikinci seçki dairəsindən marafona ATV telekanalının prodüseri Vüqar İsrafilov imza vərəqələrini götürüb. Onun namizədliyi “Demokratiya” seçki bloku tərəfindən dəstəklənir.

Həmin dairədən “Millət” qəzetinin baş redaktoru Əli Orucov da namizədliyini irəli sürüb.

31 saylı Suraxanı ikinci seçki dairəsindən “Yeni Azərbaycan naminə” qəzetinin baş redaktoru Ramazan Bağırov imza vərəqələrini götürüb.

73 saylı Lənkəran şəhər seçki dairəsindən  “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli marafona qoşulub. Onun namizədliyi “İslahat” seçki blokundan irəli sürülüb.

80 saylı İmişli –Beyləqan dairəsindən isə “Azərbaycan Xəbərləri” qəzetinin baş redaktoru Şahin Abbasov “Demokratiya” bloku tərəfindən dəstəklənir.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə “Bakı-Xəbər” qəzetinin bölgə müxbiri Elşən Mirzəliyev namizəd kimi qeydiyyatdan keçib.

88 saylı Göyçay seçki dairəsi üzrə isə “Azad yeni fikir” qəzetinin baş redaktoru Aqil Mahmudov özünü sınamaq qəraına gəlib.

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyini irəli sürmüş Əli Mənafov “Ulu Zirvə” qəzetinin baş redaktorudur.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə imza vərəqəsi alan jurnlaistlərdən biri də “Ekspress” qəzetinin müxbiri Aqil Aslandır.  AMİP-in dəstək verəcəyi jurnlaist bitərəf olaraq kampaniyaya qatılıb.

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə “Türk dünyası” qəzetinin baş redaktoru Aybəniz Qafarova bitərəf olaraq marafona qoşulub.

105 saylı Tovuz seçki dairəsi üzrə “Azadlıq” qəzetinin müxbiri Fədai Qənbərov “AXCP-Müsavat” seçki bloku tərəfindən dəstəklənir.

119 saylı Ağdam kənd seçki dairəsindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da imza vərəqələri götürüb. Onun namizədliyini YAP müdafiə edir.

17 saylı Yasamal 3-cü seçki dairəsindən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid də imza vərəqələri alan media nümayəndələri sırasına daxil olub. O, namizədliyini siyasi blokdan deyil, müstəqil şəkildə irəli sürüb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu