Modern.az

Arif Quliyev Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Arif Quliyev Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib

13 May 2015, 16:32

Ukraynadakı Azərbaycan diasporunun fəallarından biri, Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatının həmtəsisçisi Arif Cəmil oğlu Quliyev Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Disporla iş üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən məlumatda bildirilib ki, Arif Quliyev təhsil sahəsinin inkişafına verdiyi böyük töhfəsinə, sanballı əmək nailiyyətlərinə və yüksək peşəkarlığına görə “Ukraynanın əməkdar təhsil işçisi” fəxri adına da layiq görülüb.

Hüquq elmləri doktoru Arif Quliyevin Azərbaycanın dövlət, habelə diplomatiya xidməti, o cümlədən Ukraynanın elm və tədris sahəsində çox böyük təcrübəsi var. O, terrorizmə qarşı mübarizənin beynəlxalq hüquqi tənzimi mexanizmlərinin və prezidentlik təsisatının kompleks tədqiqi, terrorizmə qarşı mübarizədə prezidentlik təsisatının fəallaşdırılması modellərinin milli xüsusiyyətlərinin və səciyyəvi cəhətlərinin araşdırılması, milli qanunvericilikdə beynəlxalq antiterror normalarının həyata keçirilməsi sahəsində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi mövzusunda bir sıra elmi əsərlərin müəllifidir.

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!