Modern.az

Baş prokurorluq baş redaktora XƏBƏRDARLIQ etdi

Baş prokurorluq baş redaktora XƏBƏRDARLIQ etdi

13 May 2015, 16:44

Modern.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılmış araşdırmalarla jam.az internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyaların yayılması müəyyən olunub.

Bununla əlaqədar agentliyin rəhbəri Fikrət Fəraməzoğlu Baş Prokurorluğa dəvət edilib.

“Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq qərəzli, reallığa uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə ona rəsmi xəbərdarlıq edilib.

Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir