Modern.az

Azərbaycanın ilk əməkdar elm xadimləri: Ayaz Mütəllibov atasını da mükafatlandırıb

Azərbaycanın ilk əməkdar elm xadimləri: Ayaz Mütəllibov atasını da mükafatlandırıb

Mədəni̇yyət

21 Avqust 2015, 16:25

Sovet dövründə elmin bir çox sahələrində Azərbaycan alimləri əməkdar elm xadimləri fəxri adı ilə təltif olunurdular. Bu ada daha çox kimya və neft emalı istiqamətində fəaliyyət göstərən elm xadimlərinə layiq görülürdü. Bu, dövlət mükafatı ilə yanaşı, elm sahəsində ən nüfuzlu mükafat sayılırdı.

Sovet dövrünün demək olar son vaxtlarında, daha doğrusu, bu quruluşun çökdüyü dönəmdə o zaman Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Ayaz Mütəllibov 1991-ci ildə 27 elm adamını bu ali dərəcə ilə təltif edib.

İlk təltif olunan qrup 9 alimdən ibarət idi və bu təltif etmə 1991-ci il mayın 12-də baş verib. Həmin 9 alimin cərgəsində Azərbaycan Milli Elmlər Akademiyasının indiki prezidenti akademik Akif Əlizadə və eks-prezident Ayaz Mütəllibovun  atası, tibb elmləri doktoru Niyazi Mütəllibov da olub.

Siyahıdakı digər alimlər Toğrul Şahtaxtinski, Ənvər Şıxslinski, Fikrət Mirsəlimov, Fazilə Səmədova, Asıf Nadirov və İsgəndər İsgəndərov olublar.

1991-ci ildə ard-arda iyun ayında 8,  iyul ayında 4, avqustda 4, oktyabrda 2, dekabrda isə 3 alim bi fəxri ada layiq görülüb. 1991-ci ildə mükafat alanlar sırasında Aslan Aslanov, Əhliman Əmiraslanov, Raul Qədimov, Orxan Məmmədyarov kimi tanınmış alimlər də yer alırdı.   

1992-ci ildə isə bu mükafatı ayrı -ayrı prezidentlər alimlərə veriblər. O zaman təltif edilənlər arasında Arif Babayev, Firudin Hüseynov, Həsən Seyidov, Aslan Aslanov, Məhəmməd Şahtaxtinski və Vasim Məmmədəliyev kimi elm aləmində məşhur olan şəxslər var idi.   1993-cü ildə isə yalnız bir alim -  Əlövsət Abdullayev  bu ali elmi dərəcəyə layiq görülüb.  

Modern.az sonradan ayrı-ayrı vaxtlarda əməkdar elm xadimi adını alan alimlərin siyahısını təqdim edir: İsa Həbibbəyli, Kamal Abdulla, Şamil Cəmşidov, Samət Əlizadə, Tofiq Hacıyev, Əli Nuriyev, Hafiz Əliyev, Sabir Əliyev,  Rəna Əliyeva, İbrahim İsayev, Elxan Kərimov, Zakir Qarayev Cəbrayıl Məmmədov, Surxay Musayev, Misir Mərdanov, Rəfiqə Əzimova, Tamilla Musayeva, Əbdül Əlizadə, Əkbər Bayramov, Akif Hacıyev, Teymur Bünyadov.     

Sonuncu əməkdar elm xadimləri Bu ada sonuncu layiq görülən alimlər isə Vilayət Vəliyev, Nurəli Yusifbəylidir. Onlar ölkə başçısının 2014-cü ildə verdiyi fəmana əsasən bu fəxri adla təltif edildilər. 2015-ci ildə isə yalnız bir alim - Lidiya Qranovskaya əməkdar elm xadimi adına layiq görülüb.  

Elmin NURİ  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir