Modern.az

İcazəsiz yerlərdə qurban kəsiminə cəhdlər olub - Agentlik

İcazəsiz yerlərdə qurban kəsiminə cəhdlər olub - Agentlik

Aktual

Bu gün, 17:12

27-28 may tarixlərində Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilib. Xalqımızın böyük hissəsi bu müqəddəs günlərdə qurban kəsərək dini ayinləri yerinə yetirib. Təəssüf ki, həmişə olduğu kimi, qurban kəsimi zamanı sanitariya qaydalarına, baytarlıq tələblərinə və müəyyən olunmuş məkanlardan istifadəyə riayət olunması məsələlərində nöqsanlar da gözə çarpıb.

Builki Qurban bayramı günlərində hansı nöqsanlar qeydə alınıb?

Modern.az bu sualla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət ünvanlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri İlkin Kərimov sorğumuza cavab olaraq, bildirib ki, 27-28 may tarixlərindəki Qurban bayramı günlərində ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların sanitar-gigiyenik tələblərə uyğun şəkildə satış və kəsim xidmətləri təşkil edilib:

"Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunub. Bunun üçün Agentlik tərəfindən bütün zəruri tədbirlər görülüb. 

Kəsimdən əvvəl və sonra ərazinin aidiyyəti qurumlar tərəfindən dezinfeksiya edilməsi, həmçinin  tullantıların daşınması işləri həyata keçirilib.

Daxili işlər orqanları ilə birgə operativ müdaxilə nəticəsində qanunsuz hallara bir neçə cəhdin qarşısı alınıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV