Modern.az

Azərbaycanda ərzaq təhlükəsizliyinə dair yeni qanun layihəsi

Azərbaycanda ərzaq təhlükəsizliyinə dair yeni qanun layihəsi

Qarabağ

15 Oktyabr 2009, 11:32

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ərzaq Təhlükəsizliyi Uğrunda “ İctimai Birliyi “Aqrar sahədə sahibkarlıq fəaliyyətinə dair hüquqi bazanın təkmilləşdirilməsi”mövzusu üzrə “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun layihəsi hazırlayıb. Layihənin hazırlanmasına İctimai Birliyin əməkdaşları tərəfindən Lənkəran şəhərində, Sabirabad və Quba rayonlarında sahibkarlarla keçirilən təlimlərdən(seminarlardan) başlanmış, bir çox ölkələrin bu sahədə qanunvericilik bazası təhlil edilmişdir. Eyni zamanda ölkənin aqrar sahəsində hazırda mövcud olan vəziyyət, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların təlimlərdə söylədikləri fikirlər və verdikləri təkliflər nəzərdən keçirilib. Aparılan təhlillər və fermerlərlə görüşlər onu deməyə əsas verir ki, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmağa çalışması ilə əlaqədar rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalını təmin etməkdə,  istehsal vasitələrinin alınmasında, istehsal edilən məhsulun tədarükü və emalının təşkil edilməsində, aqrotexniki tədbirlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsində, kənd təsərrüfatına güzəştli kreditlərin vaxtında verilməsində, əhalinin yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsində ən optimal çıxış yolu kənd təsərrüfatı   istehsal və istehlak kooperativlərinin yaradılması və bu sahədə kooperasiyanın genişləndirilməsidir. Hazırlanmış layihədə kənd təsərrüfatı kooperasiyası üzrə dövlət və regional proqramların həyata keçirilməsi, kooperativlərə dövlət və bələdiyyə  himayəsi, kooperativ və kənd təsərrüfatı bazarlarının yaradılması, istehsal kooperativlərinin özlərinin emal, təchizat və aqroservis xidməti göstərən istehlak kooperativləri yaratması və sahibkarlığın inkişafına təkan verən digər məsələlər nəzərdə tutulur.  Qurumun rəhbəri Zahid Abbasov Modern.az-a bildirib ki, hazırlanmış qanun layihəsinin yaxın günlərdə Prezident yanında Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim ediləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir