Modern.az

Bakının qardaşlaşdığı şəhərlər - SİYAHI

Bakının qardaşlaşdığı şəhərlər - SİYAHI

Mədəni̇yyət

16 Fevral 2016, 10:16


Bakıdakı Dakar meydanı

Qardaşlaşmış şəhərlər birliyi bir-birindən uzaqda, fərqli coğrafi mövqelərdə yerləşən, bir-birinin tarixi, mədəniyyəti və ictimai həyatı ilə tanış olmağa imkan verən platormadır. Şəhərələr arasındakı əməkdaşlıq bədii və idman kollektivlərinin qarşılıqlı səfərləri, həmin şəhərlərin təsərrüfatı, tarixi, əbəbiyyatı və gələcək inkişaf planları ilə bağlı sərgilərdən, nümayəndə heyətlərinin görüşündən ibarətdir.

İkinci Dünya Müharibəsində çoxsaylı dağıntılar müxtəlif ölkələrin şəhərləri arasında həmrəyliyi möhkəmləndirdi. Hələ 1944-cü ildə alman nasistlərinin dağıdıcı hücumlarına məruz qalmış SSRİ-nin Stalinqrad və Böyük Britaniyanın Koventri şəhərləri dostluq və əməkdaşlıq haqda müqavilə imzalamışdı.

1957-ci il aprelin 28-də Fransanın Eks-le-Ben şəhərində Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası yaradıldı. Bu gün həmin qurum öz sıralarında dünyanın 160 ölkəsindən 3500-dən çox şəhəri birləşdirir.
Mərkəzi hazırda Parisdə yerləşən bu təkşilatın təklifi ilə hər il aprelin son bazar günü Beynəlxalq Qardaşlaşmış Şəhərəlr Günü kimi qeyd olunur.

Azərbaycan paytaxtı Bakı da bu ümumdünya tendensiyasından geri qalmayıb və tarixi boyu fərqli qitələrdə yerləşən şəhərlərlə qardaşlaşıb. Bakı ilk dəfə hələ keçmiş SSRİ-nin tərkibində olarkən Afrika dövləti Seneqalın paytaxtı Dakarla qardaşlaşmışdı. 1970-c ildə baş verən həmin hadisənin izləri bu gün də qalmaqdadır. “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən Dakar meydanı bunun sübutudur.

1970-c iillərdə Bakı İtaliyanın Neapol (1972-ci il), o vaxtkı Yuqoslaviyanın Sarayevo (1975) şəhərləri ilə də qardaşlaşmaq haqqında müqavilə imzalayıb. Bakıda Neapol və Sarayevo küçələri həmin qardaşlaşmanın bir simvolu olaraq qalmaqdadır.
Sonrakı illərdə İraqın Bəsrə (1972), ABŞ-ın Hyuston (1976) şəhərləri də Bakı ilə qardaş şəhər olublar.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının dünya şəhərləri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bu illərdə Bakı Rusiyanın MoskvaSankt-Peterburq, Ukraynanın Kiyev, Səudiyyə Ərəbistanının Ciddə, İranın Təbriz, Fransanın Bordo, Cənubi Afrika Respublikasının Pretoriya, Almaniyanın Maynts, ABŞ-ın HonoluluVaşinqton, Türkiyənin İstanbulİzmir şəhərləri ilə qardaşlaşıb.



Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü