Arxiv
20 Dekabr 2010, 16:49 | MEDİA
Xatırlayaq: Bu il aramızdan gedən həmkarlarımız...

İl sona çatmaq üzrədir. Bu il media sahəsində xoş xəbərlərlə yanaşı, dünyasını dəyişən həmkarlarımızın ölüm xəbərlərinə də sarsıldıq. Yola saldığımız 2010-cu il bu baxımdan bir sıra tanınmış jurnalistlərin dünyaya vida etdiyi il kimi yaddaşlarda qaldı. Əslində elə 2009-da, 2008-də də xeyli jurnalisti torpağa tapşırmışıq.
Modern.az son illər dünyasını dəyişmiş jurnalistləri xatırlayıb. Öncə 2010-cu ildə itirdiklərimiz. Siz də bizimlə bərabər onları xatırlayın:

2010-cu ilin yanvar ayında məşhur telejurnalist Osman Mirzəyevin həyat yoldaşı, ANS TV-nin əməkdaşı Sevinc Osmanqızının anası, fəxri dəmiryolçu, veteran jurnalist Solmaz Mirzəyeva 71 yaşında vəfat edib. Ömrünün 20 ilini jurnalistkaya həsr etmiş, bu illər ərzində ölkənin müxtəlif mükafatlarına layiq görülmüş Solmaz Mirzəyeva “Azərbaycan dəmiryolçusu” qəzetinin baş redaktoru idi.

Mart ayında tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İbrahim Bayandurlu vəfat edib. O, hepatit C-dən əziyyət çəkirmiş. İbrahim Bayandurlu uzun müddət “Zerkalo” qəzetində işləyib. Onun son iş yeri isə “Azadlıq” radiostansiyasının rus redaksiyası idi. Həmkarımız Qarabağ müharibəsi veteranı idi və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Onun azyaşlı qızı yadigar qalıb.

Apreldə Azərbaycanın istedadlı jurnalisti, dövri mətbuatda dərc olunan siyasi məqalələri və BBC-nin rus xidmətində gedən reportajları ilə tanınan İlham Rzayev 31 yaşında vəfat edib. İlham Rzayev Sumqayıtda anadan olub və orada boya-başa çatıb. 2002-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Jurnalist karyerasına “Şərq” İnformasiya Agentliyində başlayıb. 2001-2004-cü illərdə “Exo” qəzetinin siyasət şöbəsində aparıcı müxbir işləyib. 2004-cü ildən 2007-ci ilə qədər BBC radiosunun rus xidmətində Qafqaz və Mərkəzi Asiya üzrə müxbir olub.
2007-ci ildə ABŞ Dövlət Departamentinin təhsil proqramı əsasında Solt-Leyk-Siti Şəhər Universitetində ixtisası üzrə magistraturada təhsil almağa gedib. 2009-cu ildə təhsilini başa vuraraq siyasi elmlər magistrı dərəcəsinə yiyələnib. Elə həmin il eyni ixtisas üzrə həmin universitetin doktoranturasına daxil olub.
İlham Rzayev ailəli idi, onun da bir qız övladı var. Jurnalist ağır xəstəlikdən əziyyət çəkirmiş. Son vaxtlar xəstəliyi daha da kəskinləşdiyindən İlham Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

İyun ayında Azərbaycanın tanınmış jurnalisti, publisist Mailə Muradxanlı vəfat edib. Qeyd edək ki, ömrünün 48 ilini Azərbaycan mətbuata həsr etmiş Mailə Balabəy qızı Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun Uşaq verilişləri şöbəsinin əmək fəaliyyətinə başlayıb. Bu telekanalda Ədəbi dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsinə qədər yüksəlib. "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış edib.
Son illərdə ANS telekanalında çalışan Mailə Muradxanlı “Zərif çərşənbə” verilişinin aparıcılarından biri idi. M.Muradxanlı yazılı mətbuat orqanlarında da müntəzəm məqalələri dərc olunub. O, maraqlı oçerk və publisistik yazıların müəllifidir. M. Muradxanlı tərcümə etdiyi xarici əsərlər də Azərbaycanın teatrlarında səhnələşdirilib.
M.Muradxanlı Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü idi, Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı, Azərbaycanın əməkdar jurnalistidir.

Avqustda Azərbaycanın tanınmış jurnalistlərindən Şaiq Bəhramoğlu (Məmmədov) dünyasını dəyişib. Ş.Bəhramoğlu avqustun 9-da həyat yoldaşı ilə birlikdə Salyan rayonuna yasa gedib. Uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkən Ş.Bəhramoğlunun vəziyyəti Salyanda qəflətən pisləşib və o vəfat edib.
Ş. Bəhramoğlu 1945-ci il avqustun 21-də Füzuli rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib. Uzun müddət «Bakınskiy raboçiy» və «Vışka» qəzetlərində müxbir, 1992-1996-cı illərdə «Azərbaycan» qəzetinin rus variantının (“Azerbaydjan”) baş redaktoru, 1997-2006-cı illərdə «Qanun» jurnalının rus variantının redaktoru işləyib. 2006-cı ildən xəstəliyi ilə əlaqədar işdən uzaqlaşıb. Hüquq sahəsində bir sıra tərcümələrin müəllifi olan Ş. Bəhramoğlu Azərbaycan Esperanto Cəmiyyətinin yaradıcısı və sədri, «Esperanto» Beynəlxalq Təşkilatının Azərbaycandakı yeganə təmsilçisi idi.

Sentyabrda jurnalist Raqif Şirinov 60 yaşında vəfat edib. Raqif Əkbər oğlu Şirinov Ağdaşın Mürsəlli kəndində doğulub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azərbaycan Sovet Ensiklopediyası”nda redaktor, “Panorama" qəzetində məsul katib, "Respublika" qəzetində məsul katibin müavini, iqtisadiyyat şöbəsinin əməkdaşı vəzifələrində işləyib.2003-cü ildən "Azərbaycan" qəzetinə çalışan Raqif Şirinov burada məsul katibin müavini, iqtisadiyyat şöbəsinin əməkdaşı olub.

Oktyabrda Tanınmış şair-jurnalist Eldar Nəsib Qazax rayonu ərazisində baş verən avtoqəzada həlak olub. Belə ki, Qazaxda redaksiyanın foto-müxbiri ilə birgə avtomaşınla hərəkət edərkən narkoman olduğu bildirilən bir nəfər avtomaşınını onların üstünə sürüb. Hadisə nəticəsində həm Eldar Nəsib, həm də fotoqraf qəza yerindəcə dünyasını dəyişib.

Noyabr ayında  jurnalist Şahin Ağabəyli avtomobil qəzası nəticəsində həlak olub. Şahin Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini təsis edib.
2006-cı ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə bir il müddətinə azadlıqdan məhrum edilib. Qərar deputat Arif Rəhimzadənin iddiası ilə şərəf və ləyaqətin, işgüzar nüfuzun təhqir olunması ittihamı üzrə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinə əsasən çıxarılıb. Üç ay sonra prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.
Şahin Ağabəyli evli idi. Bir azyaşlı oğlu yadigar qaldı.

Noyabr ayında Azərbaycanın tanınmış jurnalistlərindən olan Rəfael Fuad oğlu Mustafayev vəfat edib. Jurnalist noyabrın 14-də Bakıda avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
1955-ci ildə Bakı şəhərində anadan olan R. Mustafayev Azərbaycan Neft Kimya Akademiyasının məzunu olub. O, bir sıra yerli informasiya agentlikləri ilə işləməklə yanaşı, Rusiyanın “Kommersant”, “Novıe İzvesiya” qəzetləri ilə də əməkdaşlıq edib. 2004-cü ildən etibarən Rusiyanın “Reqnum” informasiya agentliyinin əməkdaşı olub.  Milli Qəhrəman Çingiz Mustafayevin böyük qardaşı idi.

2010-cu ilin dekabrında fotojurnalist Elxan Kərimov vəfat edib.  “Turan” İnformasiya Agentliyinin əməkdaşı, tanınmış fotoreportyor Elxan Kərimov dekabrın 19-da saat 18.00 radələrində evində qəfildən vəfat edib.  
Yaxınlarının deməsinə görə, Elxan Kərimov ürəktutmasından dünyasını dəyişib. Dekabr ayının 28-də onun 62 yaşı tamam olacaqdı. Yaxınları onun son vaxtlar ürəyindən şikayətçi olduğunu bildirblər. Məlumata görə, E.Kərimov gələn ayın 5-də ürək şuntlanması əməliyyatına hazırlaşırmış. E.Kərimov Azərbaycanın müasir tarixinin bir çox hadisəsinin canlı şahidi olub və onları çəkdiyi şəkillərdə əks etdirə bilib.
Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1957-1967–ci illərdə 208 saylı orta məktəbdə təhsil alıb. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəl Bülbülə kəndində yerləşən “Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri” idarəsində işləyib. 
1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində fotomüxbir kimi işə başlayıb. 1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib.
1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s qəzetlərdə çap olunub. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.
1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında fotomüxbir vəzifəsində çalışıb. Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib.
1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib. Sonradan “Turan İnformasiya Agentliyi”nə keçib. Ölüm gününədək bu agentlikdə baş fotomüxbir vəzifəsində çalışırdı. 
Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb. 2004-cü il mayın 28-də “Aзeрбaйджaнcкиe Извecmия” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda  “Fotoillürtrasiya” nominasiya üzrə “Media açarı” mükafatı alıb. 2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib.
21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülüb. E.Kərimovun çəkditi fotoşəkillər respublikada çıxan qəzet və jurnallarda yayımlanıb.
3 övladı yadigar qalıb.

2009-cu ildə itirdiklərimizi də xatırlayacağıq.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xarici jurnlaistlər Füzulidə minatəmizləmə işləri ilə tanış oldu - VİDEO 27 Fevral 2021, 13:10 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22 Təyyarə qəzası: 3 ölü 27 Fevral 2021, 09:07 İsveçrə sakini lotereyada 210 milyon avro qazandı 27 Fevral 2021, 08:58 ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53 İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransının TAM MƏTNİ 27 Fevral 2021, 00:40 İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi 27 Fevral 2021, 00:32 İlham Əliyevdən “İsgəndər” AÇIQLAMASI 27 Fevral 2021, 00:23 “Deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır” 27 Fevral 2021, 00:11 İmişlidə qadın üç övladı ilə çadırda yaşayır – VİDEO 26 Fevral 2021, 23:58 ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - Ağ Evdən açıqlama 26 Fevral 2021, 23:45