Modern.az

İri marketlər vətəndaşlara nə vəd edir?

İri marketlər vətəndaşlara nə vəd edir?

Ölkə

28 Oktyabr 2011, 17:51

Son vaxtlar paytaxtda  gündəlik tələbat malları bazarının təmərküzləşməsi daha da sürətlənib. Əgər 2005-ci ilə qədər Bakı əhalisinin ərzaq məhsullarına tələbatını kiçik dövriyəli ticarət obyektləri təmin edirdisə, hazırda vəziyyət fərqlidir. Böyük market şəbəbkələrinin yaradılması prosesi genişlənməkdədir. Xüsusilə bu  proses ADA şirkətlər qrupuna məxsus “Almalı” ticarət şəbəkəsinin çöküşündən sonra sürətlənib. Belə ki, dəyərləndirmələrə görə, vaxtıilə  respublikanın 3 şəhərində 40 dan çox satış mərkəzi olan “Almalı” ticarət şəbəkəsinin bazarı tərk etməsi bu sahədə inhisarçılığı azaldıb.  

Ərzaq məhsullarına olan tələbatın  təxminən 25%  supermarketlərdə  ödənir

Bu sahədə araşdırma aparan İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyir ki, hazırda supermarketlər paytaxt əhalisinin  ərzaq məhsullarına olan tələbatının təxminən 25%-ni ödəyir. Hansıki  bu pay kecən hər gün artır: “Gündəlik tələbat malları bazarının texniki və keyfiyət baxımdan inkişaf etdirilməsi prosesi 2005-ci ildən sonra başlayıb. Zaman kecdikcə alıcıların dəyişməkdə olan zövqünü qarşılamaq, daha üstün xidmətlər təklif etmək məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlar supermarketlərin rəqabətqabiliyyətli olacağını anladılar. Beləliklə paytaxtın müxtəlif yerlərində  ,,Bizim market”, ,,Qrandmart”, ,,Səbət”, ,,Makros”, ,,Neptun” və s. adlarla xidmət göstərən ticarət şəbəkələri meydana gəldi”.

R.Həsənov bildirir ki, supermarketlərin bir çox üstunlukləri müştərilərin davamlı axınını təmin edir: “Yəni belə marketlərdə yeni malların reklam edilməsinə şərait yaradılır, alqı- satqı əməliyyatlarının ödəmə kartları ilə aparılması üçün post terminallar təhçiz olunur. Xüsusilə sonuncu elektron hesablaşma sistemini inkişaf etdirir. Digər tərəfdən  bu müəssisələr daha böyük ticarət dövriyyəsinə sahib olduqları üçün  özlərinə  imic və fəaliyyət reklamları təşkil edirlər. Bununlada ölkədaxili reklam bazarının inkişafını stimullaşdırırlar”.

Supermarketlər aralıq infilyasiyanı azaldır

Məlum olur ki, əslində supermarketlərin açılmasının müsbət tərəfləri var. Əvvəla belə marketlərdə mənşəyi bilinməyən və yaxud keyfiyət sertifikatı olmayan məhsullar satışa buraxılmır: “Bu tip ticarət obyektlərinə çıxış əldə etmək istəyən hər bir sahibkar məhsullar üçün sertifikatların alınmasında maraqlı olur. Eyni zamanda supermarketlər firmalara daha iri partiyalı mallar sifariş vermək imkanındadirlar. Bu onları alqı-satqı şərtərində üstün tərəf olmasını təmin edir. Eyni zamanda bazarda qiymət rəqabətliliyini artırır. Müəyyən qədər aşağı gəlirli təbəqənin sosial rifahına xidmət edir, aralıq infilyasiyanı azaldır”.

İri marketlər işsizlik yaradır

Ekspertin sözlərinə görə,  supermarketlərin sürətlə artması əhalinin yaşam mədəniyyətində müsbət rol oynasa da bəzi problemlər yaradır: “Rəqabət apara bilməyən xırda ticarət obyektlərinin bağlanması kütləviləşir. Nəticədə işsizlik artır. O cümlədən bu sektorda yaradilan əlavə gəlir bölgüsü ədalətsizləşir, təbəqələşmə sürətlənir, manapoliya meyilləri artır. Nəzərə alsaq ki, ölkədə ən az inhisarlaşan sahə məhz gündəlik tələbat malları bazarıdır, bu da işbazların diqqətini cəlb etməyə bilməz. Lakin ADA” şirkətlər qrupunun idarəciliyində fəaliyət göstərən ,,Almalı” marketlər şəbəkəsinin iflasından sonra inhisarlıq meyilləri nəzərə carpacaq dərəcədə azalıb.

Supermarketlər xariciləşir

Təsadüfi deyil ki, son vaxtlar ticarətin bu növündə xarici kapitalın izləri görünməkdədir. Belə ki, rus, türk və hindistan iş adamları artıq ciddi şekildə sektorun mərkəzinə doğru irəliləyirlər. R.Həsənov deyir ki, xarici  yatırımlar həm daxili bazarda müvəqqəti maddi canlanma yaradır, həm də inkişaf etmiş təcrübənin tətbiqini sürətləndirir: “Gözləniləndir ki, bazar sisteminin bu sektorunun sürətli inkişafı yaxın illərdə respublikanın digər rayonlarını da əhatə etsin”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı