Somali Hərbi Dəniz Qüvvələri və Türkiyə Sahil Mühafizəsinin Puntilend sahillərində keçirdiyi birgə əməliyyat nəticəsində Kamerun bayrağı altında üzən “MV LUTUF” yük gəmisi tamamilə azad edilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, gəminin heyəti 12 gün ərzində dəniz quldurlarının əsirliyində olub. Türkiyə hərbçilərinin qətiyyətli müdaxiləsi nəticəsində ekipaj üzvləri arasında itki olmadan azad ediliblər.
Əməliyyatın uğurunda Somali təhlükəsizlik qüvvələrinə birbaşa dəstək verən Türkiyə hərbi bölmələri mühüm rol oynayıb. 10 gün davam edən xüsusi əməliyyat zamanı Türkiyə-Somali birləşmiş qüvvələri quldurlara qarşı döyüşə girib. Nəticədə 14 pirat öldürülüb, sağ qalan silahlılar isə qaçmağa məcbur olublar.