İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hökumətindəki bəzi şəxsləri və İsrail tərəfdarlarını dünya enerji bazarlarını manipulyasiya etməyə və İranla müharibənin davam etdirilməsinə şərait yaratmağa çalışmaqda ittiham edib.
Modern.az xəbər verir ki, bununla bağlı "Anadiolu" agentliyi məlumat yayıb.
“Bizim kəşfiyyat məlumatlarımız enerji bazarlarını manipulyasiya etmək üçün genişmiqyaslı cəhdlərin olduğunu göstərir. İsrailə sadiq olan oyunçular da vəziyyəti nikbin qiymətləndirərək müharibəni qızışdırırlar”, – deyə İran XİN rəhbəri bildirib.
O əlavə edib ki, bunun iqtisadi nəticələrini ABŞ istehlakçıları da hiss edir. Nazirin iddiasına görə, ABŞ hökumətinin bəzi nümayəndələri enerji qiymətlərinə təsir göstərmək və şəxsi məqsədləri naminə KİV-lərdən istifadə edirlər.
Əraqçinin sözlərinə görə, məqsəd ABŞ Prezidenti Donald Trampı uduzacağı müharibəyə bataqlıq vəziyyətinə salmaqdır.