Modern.az

Taliban ABŞ-yə barışıq təklif etdi

Taliban ABŞ-yə barışıq təklif etdi

Dünya

29 Avqust 2026, 20:42

Taliban ABŞ ilə diplomatik münasibətləri normallaşdırmaq istədiyini açıqlayıb və Vaşinqtonu “döyüşkən siyasətinə” yenidən baxmağa çağırıb.

Modern.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndələri "Al Hadath" nəşrinə bildiriblər.

Kabildə vurğulayıblar ki, ikitərəfli əlaqələrin yaxşılaşdırılması təşəbbüsü çərçivəsində ABŞ səfirliyinin Əfqanıstanın paytaxtında fəaliyyətini bərpa etməsi də nəzərdə tutulur.

Taliban nümayəndələrinin fikrincə, ABŞ-nin milyardlarla dollar həcmində dondurulmuş Əfqanıstan dövlət aktivlərini azad etməsi münasibətlərin normallaşması prosesinə mühüm töhfə verə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyev işində şok adlar üzə çıxdı