Modern.az

Menyu dəyişir – Şagirdlərə ponçik və şirniyyatlar qadağan edilir

Menyu dəyişir – Şagirdlərə ponçik və şirniyyatlar qadağan edilir

Dünya

29 Avqust 2026, 20:20

ABŞ məktəblərində uşaqlara daha sağlam qidalar veriləcək – ponçiklər menyudan çıxarılır

Modern.az xəbər verir ki, bununla bağlı ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi "Fox News"a müsahibəsində bildirib. Amerikalı nazir deyib ki, məktəb yeməklərində ciddi dəyişikliklər ediləcək.

Onun sözlərinə görə, hazırda ABŞ hökuməti hər gün 30 milyon məktəb naharı və 15 milyon məktəb səhəri üçün ödəniş edir. Məktəb yeməklərində ən populyar məhsullar arasında “Pop-Tarts” şirniyyatları, müxtəlif xəmir məmulatları və ponçiklər yer alır.

Kennedi qeyd edib ki, bu məhsullar artıq menyudan çıxarılacaq və onların əvəzinə uşaqlara daha təbii və qidalı yeməklər təqdim olunacaq: “İndi biz bunu dəyişirik və həmin məhsulları menyudan çıxarırıq. Uşaqlara isti yeməklər verəcəyik”.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...