Modern.az

Oğlundan Lalə Şövkətlə bağlı AÇIQLAMA

Oğlundan Lalə Şövkətlə bağlı AÇIQLAMA

Ölkə

21 Avqust 2020, 10:36

“Lalə xanım sabah əməliyyat olunacaq. Həkimlərin dediyinə görə çətin əməliyyatdır. Amma hər şeyin yaxşı olacağına ümidlidirlər”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin oğlu Sidqi Şövkət anasının səhhətindən danışarkən deyib.

 

Sidqi Şövkət bildirib ki, əməliyyat öncəsi anası heç bir həyəcan keçirtmir:

 

“Lalə xanım güclü xanımdır. Əməliyyat öncəsi hər hansı həyəcan yoxdur. Ümid edirik ki hər şey yaxşı olacaq”.

 

Qeyd edək ki, ALP-nin lideri Lalə Şövkətin 4 ay olar ki, səhhətində problem yaranıb. Lalə Şövkətin yoğun bağırsağında şiş aşkarlanıb. Lalə Şövkət sabah özəl klinikalardan birində əməliyyat olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?