Modern.az

Səməd Seyidov: “Hesablama Palatasının iddialarına cavab verəcəm”

Səməd Seyidov: “Hesablama Palatasının iddialarına cavab verəcəm”

Страна

19 Sentyabr 2012, 12:12

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Hesablama Palatasının bu ali təhsil ocağında aşkarladığı ciddi maliyyə nöqsanları ilə bağlı açıqlama verəcək.
Modern.az-a danışan Səməd Seyidov bildirib ki, hazırda Fransanın paytaxtı Parisdə işgüzar səfərdə oluğundan məsələyə münasibət bildirə bilmir:

“Hazıra Parisdəyəm. Hesabat verirəm. Ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Amma vətənə qayıdandan sonra Universitetdə aşkarlanan ciddi maliyyə nöqsanları ilə bağlı öz münasibətimi bildirəcəm”.

Qeyd edək ki, Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub. Müzakirə zamanı universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğu məlum olub. Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb.

 

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı