Modern.az

ABŞ-ın “soyuq müharibə” üzrə məşhur tədqiqatçısı: “Qarabağ münaqişəsinin həlli yaxın vaxt ərzində mümkün deyil” - MÜSAHİBƏ

ABŞ-ın “soyuq müharibə” üzrə məşhur tədqiqatçısı: “Qarabağ münaqişəsinin həlli yaxın vaxt ərzində mümkün deyil” - MÜSAHİBƏ

Ölkə

3 May 2013, 10:46


Modern.az
saytı Harvard Universtetinin professoru, “soyuq müharibə” üzrə tədqiqatçı alim Mark Krammerdən Qarabağ məsələsi ilə bağlı ekskluziv müsahibə alıb.

- Azərbaycana xoş gəlmisiniz. Bu sizin Bakıya birinci gəlişinizdir?

- Mən Gürcüstanda olmuşdum. Ancaq Azərbaycanda yox.

- Bakı sizə necə təsir bağışladı?

- Bakı Slavyan Univeristetinin dünya şöhrətli siyasi xadimi Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi Beynəlxalq Forumla əlaqədar iki gündür Bakıdayam. Düzü şəhəri gəzmək imkanım  hələ olmayıb. Ancaq gördüyüm qədərilə müasir şəhərdir. Tikinti işlərinin getməsi şəhərdə  yenilikdən və inkşafdan xəbər verir. Belə görünür ki, Azərbaycan dünya iqtisadi böhranından   yaxşı çıxıb. İqtisadi böhranın nəticələrini aradan daha tez qaldırıb. Qarşılaşdığım bu görüntüdən  çox  məmnun oldum. Mən Azərbaycanı belə təsəvvür etmirdim. Bilirdim ki, Gürcüstan və Ermənistanla qonşudur. Qonşu  ölkələrdən öz inkşaf səviyyəsinə görə tamamilə fərqlənən bir   ölkədir.

- Suriyada baş verənlərin fonunda son vaxtlar Rusiya və ABŞ arasındakı münasibətlər gərginləşib. “Soyuq müharibə” üzrə tədqiqatçı alim kimi bu barədə nə deyə bilərsiniz?

- ABŞ və Rusiya arasındakı münasibətlərdə 2009-cu ildə müəyyən qədər yumşalma hiss   olunurdu. Mən yeni qurulan münasibətlərin, daha doğrusu  “yenidənqurmanın” nə demək  olduğunu dərk etmirəm. Bunun üçün ABŞ-Rusiya münasibətlərinə bir neçə məqamdan qiymət   vermək   lazımdır. Əvvəlcə  onu   qeyd   edim  ki, Rusiya  ABŞ üçün  hava   dəhlizini açdı. ABŞ  Əfqanıstana silah-sursatı  Rusiya ərazisi vastəsilə  göndərməyə  başladı. Bu  razılaşma  uzunmüddətli olmayacaq. Çünki   gələn  ildən  etibarən ABŞ öz  əsgərlərini  Əfqanıstandan  çıxaracaq. Bəzi  sahələrdə   irəliləyişlər əldə olunsa da, umumiyyətlə əlaqələr yaxşı deyil.
2012-ci il Rusiyada keçirilmiş prezident seçkilərindən əvvəl bu ölkəni etiraz  aksiyası bürüdü. Bu  hərəkatın  qarşısının  alınması  məqsədiilə bir çox   sərt  tədbirlər  həyata  keçirildi. Bütün   bu işlər  Rusiyanın  ABŞ və Qərblə  münasbətlərini  kəskinləşdirdi.
Rusiyadakı etiraz aksiyalarının davamlılığından nəticələr gözlənilirdi. Amma bu ilin yanvarında -  Milad bayramında aksiyanı  müvəqqəti  dayandırmaqları onların  məğlubiyyətlərinə  səbəb  oldu.  Fevralda  aksiyalara yenidən  başlamaq istəyəndə Putin onların  qarşısını  uğurla  aldı. Çünki  müxalifət artıq  əvvəlki  gücdə  formalaşa  bilmədi. Bu da  Putinin  hakimiyyətini  gücləndirməsinə  təkan  oldu.  Rusiya  bu  hərəkatı  yatırmaq  üçün  repressiv  addımlar  atdı. Məsələn, Rusiyada  vergi  rüsumları  artırıldı. QHT- lərin qeydiyyata  alınması  çətinləşdi.  Etirazçıları  xalqın  gözündən  salmaq  üçün  onların Qərbdən  maliyyə  vəsaiti  aldıqları və  Qərbin agentləri kimi təqdim etdilər. Bu  yolla etirazın  qarşısı alınmağa  çalışıldı. Maraqlı məqamlardan  biri də  odur ki,  aksiyaların birində  bir nəfər  əlində  “Bizim pulumuz hanı?’’ deyə ABŞ  Dövlət  Departamentinə ünvanlanmış müraciətin yazıldığı plakat  saxlayırdı. 
2009-cu ildə Obama tərəfindən elan olunmuş yeni siyasət özünü  doğrultmadı. Obama  Admistrasiyası bunu Medvedevin Rusiyada hakimiyyətdə qalması üçün hesablamışdı. Belə  görünür ki, səhf addım atılmışdı. Rusiyada prezdentlik  müddəti  4 ildən 6 ilə  qaldırılanda  mən təəccüblənmədim. Çünki  bilirdim ki, bunu  Putin öz  hakimiyyət dövrü üçün planlaşdırıb.

- Rusiya və ABŞ  arasındakı münasibətlərin bu cür  davamı gələcəkdə  bu ölkələr arasında  yeni “soyuq müharibə” üçün zəmin yaradırmı?

- Rusiya  Sovet İttifaqının tutduğu  mövqeyə malik  deyil. “Soyuq  müharibə”nin  əsas  komponentlərindən  biri ideoloji  toqquşma   idi. Liberalizmlə Marksizm-Leninizm arasında idi. Rusiya  həm də Sovetlər İttifaqının  malik olduğu  qlobal strateji  gücə sahib deyil. “Soyuq  müharibə” olmayacaq. Ancaq belə  bir  məsələ  də  var ki, bu iki nəhəng ölkə arasında mübahisə beynəlxalq  səviyyədə  deyil, regional səviyyədə olacaq. Çünki keçən ilin dekabr  ayında Brüsseldə ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun məşhur “Rusiya keçmiş postsovet  ölkələrində və  Qafqazda  sovetləşdirmə  siyasəti  aparır” bəyanatı Putin  tərəfindən  sərt  qarşılandı. Rusiyanın, Belarusun, Qazaxıstanın yaratmağa  çalışdığı “Avropa Gömrük  İttifaqına”  başqa  postsovet  ölkələrinin cəlb olunması üçün təzyiq  edirdilər. Bu isə  Hillari Klinton tərəfindən tənqid edilmişdi və xanım siyasətçi bildirmişdi ki, belə bir ittifaqın yaradılması ilə  əslində Rusiya keçmiş SSRİ-ni bərpa etməyə çalışır.   

- İranın yeritdiyi hazırki siyasət barədə fikirləriniz nədən ibarətdir?

- İran  çox  çətin  sualdır. İranın  nüvə  silahı  əldə  etməsi həb ABŞ, həm də  Rusiyanın  marağındadır.  Amma  nəsə bu barədə  daha  çox ABŞ  narahatdır. Haqlı  olaraq  ABŞ  höküməti  İranın  nüvə  silahını  əldə  etməsinə  qarşı   çıxır. Buna  görə  yox ki,  bunu  ABŞ-a qarşı  istifadə  edə  bilər. Onsuz da  İran  bunu  etmək bacarığında  deyil. Amma ABŞ İranın nüvə  silahını  regionda  təhlükəsizliyi və sabitliyi pozmaq üçün, xususən də Səudiyyə Ərəbistanı və Bəhreyn  kimi antisimpatiya bəslədiyi dövlətlərə  qarşı  istifadə  edəcəyini   düşünür. Nüvə  silahını əldə etsə, qoruyucu  vastə  kim  digər  ölkələrə  qarşı  istifadə  edəcək. Ciddi bir  təhlükə  isə  İranın nüvə  silahını  terroristlərə ötürə bilməsidir. Burda belə  bir məsələ  ortaya  çıxır. Əgər  siz  ABŞ  kimi bir dövlətin prezdentisiniz, onda  hansı  qərarı qəbul  etməlisiniz? Ya buna qarşı çıxmalısınız ya da İranın  bu  silahı gələcəkdə terroristlərə ötürməsini izləməlisiniz. Əlbəttə  ki,   ABŞ  ilk  növbədə  nüvə  silahının  olduğu  yeri  tapıb zərərsizləşdirəcək.  Rusiyanın  İranın   nüvə  silahı  ilə  bağlı  mövqeyi  səhvdir. İran  gələcəkdə onun  üçün  təhlükəli  olacaq.

- Azərbaycanın beynəlxalq aləmdə yürütdüyü siyasəti, Qarabağ  problemilə bağlı qənaətləriniz nədən ibarətdir?

- Azərbaycan  regionda  mühüm  rol oynayır. Beynəlxalq  aləmdə rolu  daha  çox  regional   səviyyədədir. Azərbaycan öz siyasətini beynəlxaq  aləmdə  genişləndirmək  üçün  fəaliyyət  göstərir. Umumiyyətlə, mən  ABŞ-Azərbaycan münasibətlərini  konstuktiv kimi  dəyərləndirirəm.
Qarabağ  probleminin  həlində Azərbaycanın apardığı  siyasəti yüksək  qiymətləndirirəm. Problemin sülh yolu ilə həll olunması üçün əlindən  gələni edir. Mən Ermənistanın  mövqeyini   ona  görə  səhf  qiymətləndirmirəm ki, mən  Azərbaycandayam. Mən  Ermənistanın  siyasətinə   qarşıyam. Ona görə  yox  ki, mən  anti-erməniyəm. Öna görə ki, ölkənin ərazisinidə zorla başqa  bir dövlət  qurmalarını qəbul  edə bilmirəm. Mən həmçinin  Kosova,  Abxaziyanın da müstəqilliklərinin tanınmasına qarşı  çıxdım. Hesab edirəm ki, yaxın vaxt ərzində  konfliktin   həlli  mümkün  deyil.


Aynur Bayramova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı