Modern.az

Vəkillər Kollegiyasının sədri Aslan İsmayılovun işindən danışdı: "Aslan o sirri yaya bilər"

Vəkillər Kollegiyasının sədri Aslan İsmayılovun işindən danışdı: "Aslan o sirri yaya bilər"

Ölkə

8 May 2013, 18:42


Vəkillər Kollegiyasının sədri Azər Tağıyev Aslan İsmayılovun vəkil fəaliyyətinə xitam verilməsi ilə bağlı Modern.az-a eksklüziv açıqlama verib.

A.Tağıyev sayımıza açıqlamasında bildiririb ki, kollegiya sədri olaraq Aslan İsmayılovun Vəkillər Kollegiyasından nə üçün çıxarılması ilə bağlı ətraflı danışa bilməz:

“Onunla bağlı heç nə deyə bilmərik. Söhbət ondan gedir ki, bizim bütün məlumatlarımız vəkillik sirrini təşkil edir. “Vəkillik haqqında” qanunda qeyd olunub ki, bizdə olan məlumatlar yayılmır. Aslan yaya bilər, amma biz yaymırıq”-deyə A.Tağıyev bildirib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Aslan İsmayılovla bağlı intizam işinə baxaraq onun vəkillik fəaliyyətinə xitam verib.Aslan İsmayılov vəkillik nüfuzuna xələl gətirməkdə suçlanıb.
İttihamı rədd edən Aslan İsmayılov məhkəməyə müraciət etməyə hazırlaşır.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı