Modern.az

XİN-dən səfirin vəfatı ilə əlaqədar başsağlığı

XİN-dən səfirin vəfatı ilə əlaqədar başsağlığı

Ölkə

7 Avqust 2023, 22:23

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanos Hovarinin vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında qeyd edilib.

 

"Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanos Hovarinin vəfatı ilə əlaqədar dərin kədər hissi keçiririk.

 

Ömrünü türk dünyasının möhkəmlənməsinə həsr etmiş bir insanın ailəsinə və yaxınlarına başsağlığı veririk", - məlumatda vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV