Modern.az

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ölkə

21 Aprel 2026, 01:22

Ukraynanın Azərbaycandakı səfirliyində Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X sosial şəbəkə hesabında yazıb.

"Keçən il Tokioda keçirilmiş UMAC (Ukraine Mine Action Conference 2025) zamanı imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir", - o bildirib.

Y.Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:

"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq", - səfir qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?