Modern.az

Lavrov: Zelenskidən diplomatik kanallarla heç bir məktub almamışıq

Lavrov: Zelenskidən diplomatik kanallarla heç bir məktub almamışıq

Ölkə

Bu gün, 16:19

Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubu ilə bağlı rəsmi kanallarla heç bir müraciət almadığını açıqlayıb.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Diplomatik kanallarla bizə heç bir məktub daxil olmayıb, ən azı bu günə qədər”, – deyə Lavrov vurğulayıb.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Kiyevlə rəsmi ünsiyyət kanallarının olmadığını bildirmişdi.

Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Zelenskinin məktubuna qiymət verəcək və bunun üçün gözləmək lazımdır.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlıların olduğu gəmiləri kim vurdu? - Ölənlər sayı açıqlandı