Modern.az

Süni intellekt insanı ibadətdə əvəz edə bilməz - Şeyx

Süni intellekt insanı ibadətdə əvəz edə bilməz - Şeyx

Ölkə

Bu gün, 15:28

Rəqəmsal texnologiyaların sürətli inkişafı insanlara yeni imkanlar qazandırsa da, bir sıra mənəvi və etik çağırışlar da yaradır.

Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

O qeyd edib ki, süni intellekt və digər rəqəmsal yeniliklərdən istifadə zamanı ən vacib məsələlərdən biri mənəvi-etik dəyərlərin qorunması, mümkün risklərin vaxtında qarşısının alınması və dini məsələlərdə insan düşüncəsinə üstünlük verilməsidir.

"Süni intellektin imkanlarından biz – din xadimləri və dindarlar da istifadə etməliyik. İslam elmə və maarifə təşviq edən mütərəqqi dindir", – deyə QMİ sədri vurğulayıb.

Allahşükür Paşazadənin sözlərinə görə, süni intellekt insan hüquqları kontekstində qiymətləndirilərkən dini dəyərlərin qorunması və Allahla bəndəsi arasındakı ibadət münasibətlərinə müdaxilə edilməməsi əsas prinsip olmalıdır.

O bildirib ki, süni intellektin ruhu olmadığı üçün insanı ibadətdə əvəz edə bilməz:

"Süni intellektin elm, təhsil, texnologiya, tibb, xidmət və istehsal kimi sahələrdə geniş imkanları var. Bəşəriyyət bu imkanlardan faydalanmalıdır. Lakin ibadət və dini məsuliyyət məsələlərində insanın yerini heç bir texnologiya tuta bilməz".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada