Modern.az

Azərbaycanda əsgərlik müddəti azaldılır? - Rəsmi cavab

Azərbaycanda əsgərlik müddəti azaldılır? - Rəsmi cavab

Ölkə

27 İyun 2026, 09:32

“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.

“Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur”, – deyə general əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi