Modern.az

Azərbaycan Türk dünyasında xüsusi yer tutur - Tokayev

Azərbaycan Türk dünyasında xüsusi yer tutur - Tokayev

Ölkə

29 İyun 2026, 11:06

Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur. Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi.

Modern.az xəbər verir ki, bu fikirlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Müraciətdə deyilir: "Qurultay qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrilib. Həmin qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib".

Qeyd edək ki, müraciətin mətnini Qazaxıstan Prezidentinin müşaviri Malik Atarbayev səsləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!