Modern.az

“Nemetskiy şot” olur” - Həmin fotodan danışdı

“Nemetskiy şot” olur” - Həmin fotodan danışdı

Ölkə

29 İyun 2026, 23:40

Bir neçə gün öncə Xalq yazıçısı Çingiz Abdullayev özünün feysbuk hesabında məşhur simaların da yer aldığı məclisdən maraqlı foto paylaşıb. Fotoda sabiq nazirlər Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da yer alıb.

Modern.az xəbər verir ki, Elmar Məmmədyarov həmin foto ilə bağlı “Globalinfo”ya danışıb.

O, bildirib ki, foto Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovun 100 illik yubileyində çəkilib:

“İyunun 27-də Arif Heydərovun oğlu Murad Heydərovun dəvəti ilə məclisdə iştirak etmişik. Adətən, şad günlərdə, anım günlərində, yaslarda dostlarla görüşürük, söhbət edirik. Gözəl anlarda şəkil də çəkdiririk”.

Elmar Məmmədyarov deyib ki, dostlarla zəngləşib, birlikdə hansısa tamaşaya gedir, çay süfrəsi arxasında görüşür, xatirələrini bölüşürlər.

“Dost məclislərində hesab necə ödənir, kim qabağa düşür” sualına cavabında sabiq nazir belə deyib:

“Xüsusi günlər olmayanda görüşdükdə isə “nemetskiy şot” olur. Yəni tamaşaya və ya çay içməyə gedən zaman pulu birlikdə toplayır, elə ödəyirik. Təki hər zaman şad günlər olsun, qalan işlər düzələndir”.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada