Modern.az

Hərbi xidmətə çağırış başladı

Hərbi xidmətə çağırış başladı

Ölkə

Bu gün, 09:30

Bu gündən Azərbaycanda iyul çağırışı başlayır.

Modern.az xəbər verir ki, bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış kampaniyasına start verilir.

Çağırış Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il mayın 20-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2026-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncama əsasən həyata keçirilir.

Sərəncama uyğun olaraq, 2008-ci ildə anadan olmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, həmçinin 1996–2007-ci illərdə anadan olmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətdən azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada