Modern.az

AZAL bu iki şəhərə müntəzəm reyslərə başlayır

AZAL bu iki şəhərə müntəzəm reyslərə başlayır

Ölkə

Bu gün, 17:28

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Atırau və Aktöbə şəhərlərinə birbaşa müntəzəm reyslərə başlayır.

AZAL-dan Modern.az-a verilən məlumat görə, yeni istiqamətlər Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə və sərnişinlər üçün səyahət imkanlarının artırılmasına xidmət edəcək. Yeni istiqamətlərə biletlər artıq satışdadır.

Atırau istiqamətində ilk reys bu il avqustun 16-da, Aktöbə istiqamətində isə cari il sentyabrın 16-da həyata keçiriləcək. Bakı-Atırau-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bakı-Aktöbə-Bakı marşrutu üzrə isə həftədə 3 dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Yeni reyslər Qərbi Qazaxıstanın mühüm iqtisadi mərkəzlərinə birbaşa hava əlaqəsi yaradaraq işgüzar səfərləri daha rahat edəcək, eyni zamanda, turizm və humanitar mübadilənin inkişafına əlavə imkanlar açacaq.

Atırau Qazaxıstanın neft-qaz sənayesinin əsas mərkəzlərindən biri və Xəzəryanı regionun əsas iqtisadi şəhərlərindən hesab olunur. Aktöbə isə sənaye, logistika və ticarət sahələrində inkişaf etmiş infrastrukturu ilə ölkənin mühüm regional mərkəzlərindən biridir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada