Modern.az

Azərbaycan-Bolqarıstan hərbi polislərinin təlimi olacaq

Azərbaycan-Bolqarıstan hərbi polislərinin təlimi olacaq

Ölkə

Bu gün, 20:01

Azərbaycan və Bolqarıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, “Orduda daxili təhlükəsizliyin təmin edilməsi üzrə işçi görüşü” keçirilib. 
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimovla görüşüb.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Sonra Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olan nümayəndə heyəti Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevlə görüşüb. 

Qonaqlara Hərbi Polis İdarəsinin yaranma tarixi, fəaliyyəti, əsas vəzifələri və icra etdiyi funksiyalar barədə ətraflı məlumat verilib.

Həmçinin növbəti illərdə hər iki ölkənin hərbi polis heyətlərinin müştərək təlimlərdə iştirak perspektivləri görüşdə müzakirə olunub.

Bununla yanaşı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Görüşlərdə qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada