Modern.az

Ukraynada daha bir azərbaycanlı öldü

Ukraynada daha bir azərbaycanlı öldü

Ölkə

2 İyul 2026, 21:35

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində daha bir Azərbaycan vətəndaşı həyatını itirib.

Modern.az-ın xəbərinə görə, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003- ci il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.

O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib.

Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.

O, diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib. Mərhumun meyitinin bu gecə Azarbaycana gətiriləcəyi və səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.

(APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!