Modern.az

Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək

Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək

Ölkə

Bu gün, 22:15

Ermənistan artıq Gümrü–Axurik və Yerasx (Arazdəyən) dəmir yolu sahələrinin bərpasına yönəlmiş proseslərə başlayıb.

Modern.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

"Bu işləri həyata keçirəcəyik. Dəmir yolunun qalan hissəsinə gəlincə isə, işgüzar müzakirələri davam etdirəcəyik, o cümlədən rusiyalı tərəfdaşlarımızla”, – Paşinyan deyib.

Baş nazir vurğulayıb ki, regiona beynəlxalq dəmir yolu marşrutlarının daxil olduğu bir vaxtda ölkə bu yolların Ermənistandan yan keçməsinə sadəcə müşahidəçi rolunda qala bilməz.

"Belə ola bilməz. Gəlin qeyd edək ki, bu yollar Ermənistan Respublikasının mülkiyyətidir və biz öz mülkiyyətimizi özümüz idarə etməliyik", – Paşinyan əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada