Modern.az

Azərbaycana leysan yağacaq - XƏBƏRDARLIQ

Azərbaycana leysan yağacaq - XƏBƏRDARLIQ

Ölkə

3 İyul 2026, 17:32

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Modern.az-ın quruma istinadən verdiyi məlumata görə, iyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bildirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!