Modern.az

Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi

Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi

Ölkə

Bu gün, 17:12

Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Modern.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edərək Musa Şəkiliyevin həbs müddətini daha 6 ay uzadıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat zamanı rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb.

O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmədə ittiham olunur.

2025-ci il iyunun 21-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra, 2025-ci il oktyabrın 14-də həbs müddəti 4 ay, 2026-cı il fevralın 13-də isə daha 5 ay uzadılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir