Modern.az

Bakıdakı kommunal müəssisələrin yeni strukturu TƏSDİQLƏNDİ

Bakıdakı kommunal müəssisələrin yeni strukturu TƏSDİQLƏNDİ

Ölkə

14 İyul 2026, 17:30

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib.

Modern.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Lift Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində İşıqlandırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri" təsdiq edilib.

Bu müəssisələrin nizamnamə kapitalı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində müvafiq olaraq mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi