Modern.az

İki vəkilə töhmət verildi - biri kollegiyadan çıxarıldı

İki vəkilə töhmət verildi - biri kollegiyadan çıxarıldı

Ölkə

15 İyul 2026, 15:00

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Sizə yeni x var
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!