Modern.az

Sabah 16 mindən çox abonentin qazı kəsiləcək

Sabah 16 mindən çox abonentin qazı kəsiləcək

Ölkə

22 İyul 2026, 19:04

Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Modern.az-ın məlumatına görə, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək.

Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi