Modern.az

Ölkəmizə isti hava kütlələri daxil olub, 41 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

Ölkəmizə isti hava kütlələri daxil olub, 41 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

Ölkə

Bu gün, 12:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun 40-41 dərəcəyə yüksələcəyi ilə bağlı xəbərdarlıq verib.

Modern.az xəbər verir ki, Xidmətin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında temperaturun yüksəlməsinin səbəbini cənubdan ölkəmizə isti hava kütlələrinin daxil olması ilə əlaqələndirib.

“Ölkəmizə isti hava kütlələrinin daxil olması nəticəsində Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Mutar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır”, - deyə G.Məmmədova qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 2-ci paytaxtı darmadağın edildi: Alov bütün şəhəri bürüdü