Modern.az

Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur

Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur

Ölkə

Bu gün, 10:20

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov rəhbərlik etdiyi siyasi təşkilatda maraqlı təyinata imza atıb.

Modern.az xəbər verir ki, Əli İnsanovun müşavirlərindən biri milliyyətcə rusdur.

Maraqlıdır ki, Dmitri Tyurin Haqq Ədalət Partiyası sədrinin Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri postunu tutur.

HƏP sədri əvvəlki çıxışlarında fərqli millətlərdən olan insanların partiyada təmsil oluna biləcəyini bildirib.

Əli İnsanov 1993–2005-ci illərdə Azərbaycan Respublikasıının səhiyyə naziri vəzifəsində çalışıb.

Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan Prezidentinin əfv Sərəncamı ilə 2019-cu ilin mart ayının 16-da azadlığa buraxılıb.
2024-cü ilin sentyabr ayında məhkumluğu üzərindən götürülüb.

2019-cu ilin noyabr ayında Haqq Ədalət Partiyasının qurulduğunu elan edib.25 yanvar 2020 tarixində Haqq Ədalət Partiyasının Təsis Konfransında partiya sədri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Paşinyan Putinə yalvardı: Sərhəddəki məsələni həll edin