Modern.az

Sumqayıt Tibb Mərkəzinin direktoru işdən çıxarıldı

Sumqayıt Tibb Mərkəzinin direktoru işdən çıxarıldı

Ölkə

29 İyul 2026, 16:28

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tutduğu vəzifədən azad edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Məlumatı saytımıza Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

Elnur Azadxanovun vəzifədən azad edilməsinin səbəbi, eləcə də onun yerinə təyinatla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Elnur Azadxanov 2023-cü ilin dekabrında Sumqayıt Tibb Mərkəzinə direktor təyin olunmuşdu.

Mail AĞAXANOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!