Modern.az

ADNSU 26 milyon manata təmir olunacaq 

ADNSU 26 milyon manata təmir olunacaq 

Ölkə

29 İyul 2026, 17:26

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2-ci korpusun təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Modern.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 26 milyon 36 min manat təşkil edir.

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində sözügedən korpusda əsaslı təmir və gücləndirmə işlərinin görülməsi nəzərdə tutulur.

Buraya torpaq və qazıntı işləri, hidroizolyasiya, drenaj sisteminin qurulması, dəmir-beton konstruksiyalarının möhkəmləndirilməsi, eləcə də binanın digər əsaslı təmir işləri daxildir. (Banker.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada