Modern.az

Eks-deputatdan yeni vəzifəyə təyin olunması xəbərinə REAKSİYA

Eks-deputatdan yeni vəzifəyə təyin olunması xəbərinə REAKSİYA

Ölkə

30 İyul 2026, 12:30

Keçmiş deputat Elşad Mirbəşiroğlunun işsiz olduğu ilə bağlı xəbərlər yayıldıqdan sonra yeni vəzifəyə təyin olunduğuna dair sosial şəbəkələrdə və bəzi platformalarda məlumat yayılıb.

Modern.az məsələ ilə bağlı Elşad Mirbəşiroğlu ilə əlaqə saxlayıb.

VI çağırış Milli Məclisin deputatı olmuş E.Mirbəşiroğlu bildirib ki, haqqında yayılan təyinat xəbərləri doğru deyil:

"Yazılanlar həqiqəti əks etdirmir. Hazırda heç bir vəzifədə çalışmıram, işsizəm".

Qeyd edək ki, Elşad Mirbəşiroğlu 2020-ci ildə keçirilən parlament seçkilərində VI çağırış Milli Məclisin deputatı seçilmişdi. O, son parlament seçkilərindən sonra deputat fəaliyyətini davam etdirməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada