Modern.az

Alıcı maskası ilə evə girib 5000 manatlıq qızılı oğurladı

Alıcı maskası ilə evə girib 5000 manatlıq qızılı oğurladı

Ölkə

30 İyul 2026, 16:23

Abşeron rayonunda yerləşən fərdi yaşayış evlərindən birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub. O, evdə olan 5000 manat dəyərində qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır