Modern.az

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq

Ölkə

30 İyul 2026, 21:22

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması səbəbindən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsinə bütünlüklə, Qobu qəsəbəsinin müəyyən hissəsinə, eləcə də Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev və C. Naxçıvanski küçələrinə verilən qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!