Modern.az

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi YEKUNLAŞIR 

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi YEKUNLAŞIR 

Ölkə

Bu gün, 16:15

"Horadiz-Ağbənd avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir, dəmir yolu xəttinin inşası isə son mərhələyə çatıb".

Modern.az xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bir çox şirkət bölgədə anbar kompleksləri və logistika mərkəzləri yaratmaq, yükdaşıma və saxlama imkanlarını genişləndirməkdə maraqlıdır: "Bütün bunlar regionun iqtisadi inkişafına və beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə ciddi təkan verəcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iki əsas iqtisadi zona yaradılıb. Bunlardan biri Ağdam Sənaye Parkı, digəri isə Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasıdır".

Sizə yeni x var
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var