Modern.az

Azərbaycanlı jurnalist SSRİ bayrağı ilə yürüş etmək istədi, həbs olundu 

Azərbaycanlı jurnalist SSRİ bayrağı ilə yürüş etmək istədi, həbs olundu 

Ölkə

2 Avqust 2026, 22:01

SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökm çıxarıb.

Modern.az "Gununsesi" saytına istinadən xəbər verir ki, həbs edilən şəxslərdən biri “Səs” qəzetinin əməkdaşı, sosioloq kimi tanınan Elçin Bayramlıdır.

Onun barəsində 1 il 6 ay həbs qərarı verilib.

Məlumat üçün bildirək ki, E. Bayramlı son dövrlərdə müxtəlif ictimai-siyasi mövzularda verdiyi qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gəlirdi. O, bir sıra çıxış və müsahibələrində Sovet rejiminin müsbət xüsusiyyətlərini qabardırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada