Modern.az

Boşandıqdan sonra keçmiş ərinin soyadını saxlayanların sayı AÇIQLANDI 

Boşandıqdan sonra keçmiş ərinin soyadını saxlayanların sayı AÇIQLANDI 

Ölkə

4 Avqust 2026, 09:00

2026-cı ilin ilk 6 ayı ərzində 1 248 qadın və 18 kişi nikah pozulduqdan sonra keçmiş həyat yoldaşının soyadını saxlayıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, ötən ilin müvafiq dövründə isə 1 566 qadın və 24 kişi nikah pozulduqdan sonra keçmiş həyat yoldaşının soyadını saxlayıb. 

"Son 5 il ərzində isə ümumilikdə 14 271 qadın və 243 kişi boşandıqdan sonra keçmiş həyat yoldaşının soyadını saxlayıb”, - deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?